Rusiya nüvə doktrinasını buna görə yenilədi Peskov

24.11.2024

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Rusiyanın nüvə doktrinasının yenilənməsini Qərb ölkələrinə siqnal adlandırmaq olar.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə açıqlamasında deyib.

“Prezident Putin doktrinamızı Qərb dövlətlərinin təhrik etdiyi indiki qarşıdurma şəraitinə uyğunlaşdırmaq üçün dəyişikliklərin hazırlanması ilə bağlı göstəriş verib. Bununla belə, Putin ilk növbədə vəzifədən gedən Vaşinqton administrasiyasının təhrik etdiyi görünməmiş eskalasiyaya cavab verməyə məcbur oldu”, - Peskov bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью