Rusiya nüvə obyektlərinə zərbəyə hazırlaşır Sibiqa

04.11.2024

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Rusiya Ukraynanın ərazisindəki nüvə infrastrukturuna zərbələr endirmək üçün hazırlıqlar aparır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, dünya bunun baş verməsinin qarşısını almalıdır:

“Biz onları qorumaq məcburiyyətindəyik, bir tərəfdən dünya da buna sərt və qətiyyətlə reaksiya verməlidir ki, bu baş verməsin”.

Ukrayna xarici işlər naziri kollektiv Qərbin Ukraynaya olan yardımının xeyriyyəçilik deyil, transatlantik təhlükəsizlik üçün bir sərmayə olduğunu qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью