Rusiya nüvə sualtı qayığını silahlanmaya qəbul edib

29.11.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Rusiya hipersəs sürətli “Zirkon” raketləri ilə təchiz edilmiş 13 800 tonluq “Perm” nüvə sualtı qayığını rəsmi olaraq Hərbi Dəniz Qüvvələrinin arsenalına daxil edib.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, noyabrın 27-də Severodvinsk şəhərində yerləşən “Sevmaş” gəmiqayırma zavodunda keçirilən mərasimdə Rusiya Prezidenti Vladimir Putin də iştirak edib.

“Yasen-M” sinfinə aid olan sualtı qayıq müasir naviqasiya, rabitə və hidroakustik sistemlərlə təchiz edilib. “Zirkon” raketləri isə həm dəniz, həm də quru hədəflərini yüksək sürətlə vurmaq imkanına malikdir.

Putin 2030-cu ilə qədər Rusiya Hərbi Dəniz Qüvvələrinə daha 5 yeni nüvə enerjili sualtı qayığın təhvil veriləcəyini açıqlayıb.

Vilayət Muxtar

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью