Rusiya obyektlərinə aviasiya bombası atdılar

30.07.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus obyektlərə qarşı iki idarəolunan aviasiya bombası atıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Lenta.ru məlumat yayıb.

Hər iki bomba Rusiya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən məhv edilib.  

Lakin hansı növ sursatlardan istifadə olunduğu və konkret olaraq hansı obyektlərin hədəf alındığı barədə isə məlumat yoxdur.

Bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin 133 ədəd Ukraynaya məxsus təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) məhv etdiyi də bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью