Icma.az, Axar.az saytına istinadən bildirir.
Rusiyaya məxsus dron Ukraynanın Odessa vilayətində çoxmərtəbəli binaya çırpılıb.
Axar.az xəbər verir ki, hadisə nəticəsində biri uşaq olmaqla 3 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.
Yaralılardan ikisinin vəziyyətinin ağır, iki yaşlı uşaq və 17, 18 yaşlı yeniyetmələr də daxil olmaqla, səkkizinin vəziyyətinin isə orta ağır olduğu bildirilir.