Rusiya Odessada liman infrastrukturuna zərbə endirib: 7 nəfər ölüb, 15 nəfər yaralanıb

20.12.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya ordusu dekabrın 19-da Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə zərbə endirib.
APA xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.
Məlumatda görə, hücum nəticəsində yeddi nəfər həlak olub, 15 nəfər yaralanıb.

Qeyd edilib ki, axşam saatlarında Odessa rayonunda yerləşən liman infrastruktur obyektinə kütləvi ballistik raket hücumu həyata keçirilib. Zərbə nəticəsində dayanacaqda olan yük avtomobillərində yanğın baş verib.

"Davam edən hava həyəcan siqnalları səbəbindən operativ və fövqəladə xidmətlərin işi çətinləşib", - Kiper vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью