Rusiya Odessada yaşayış binasını vurdu: Ölən var KONKRET

19.07.2025

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Odessada kamikadze dronun çoxmərtəbəli binaya zərbə endirməsi nəticəsində 1 qadın ölüb, binada yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, xilasedicilər könüllülərlə birlikdə yanğını söndürüblər.

Yanan mənzillərdən 5 nəfər xilas edilib, 10-a yaxın mülki şəxs xəsarət alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью