Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Rusiya Silahlı Qüvvələri PUA-lar vasitəsilə Odessa limanında yerləşən quru yük gəmisini hədəf alıb.
“Qafqazinfo” Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, vurulan gəminin Ukrayna Silahlı Qüvvələrinə təminat üçün nəzərdə tutulmuş hərbi təyinatlı yükləri daşıdığı bildirilir.
Xatırladaq ki, sentyabrın 12-nə keçən gecə Rusiya ordusu zərbə dronları və dəqiq idarə olunan silahlarla Odessa vilayətinin liman infrastrukturuna, habelə Zaporojye, Dnepropetrovsk və Krivoy Roqdakı metallurgiya müəssisələrinə kütləvi zərbələr endirib.