Rusiya Odessadakı limana ZƏRBƏ ENDİRİB

12.09.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa şəhərinə, o cümlədən liman infrastrukturuna zərbə endirib.

Bakıvaxtı.azxəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, günorta saatlarında Rusiya hərbçiləri Ukraynanın dəniz limanlarına və Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə istifadə olunan gəmilərə zərbələr endirməyə davam edib.

Nazirlik bildirib ki, Odessa limanında yük gəmilərindən biri vurulub. Rusiya tərəfinin iddiasına əsasən, həmin gəmi Ukrayna Silahlı Qüvvələri üçün hərbi təyinatlı təchizat daşıyıb.

Məlumata görə, zərbənin nəticələri və gəmidəki yükün həcmi ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью