Rusiya Odessanı ballistik raketlərlə vurdu: ölənlər var

23.05.2025

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mayın 23-də Rusiya Silahlı Qüvvələri Odessa liman infrastrukturuna iki ballistik raketlə zərbə endirib.
Lent.az "Unian"a istinadən xəbər verir ki, zərbə yerli vaxtla saat 14:15 radələrində endirilib.
Hadisə nəticəsində iki nəfər həlak olub, 8 nəfər yaralanıb. Xəsarət alanlardan dörd nəfərin vəziyyəti ağırdır.
Hücumda "İskander-M" tipli iki ballistik raketdən istifadə olunduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью