Rusiya Odessanı “İskəndərM”lə vurdu: ölənlər var

18.11.2024

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa şəhərinə “İskəndər-M” raketəri ilə zərbə enidirib.

Axar.az xəbər verir ki, zərbə nəticəsində ən azı 8 nəfər həlak olub, 40 nəfər yaralanıb. Yaralılar arasında uşaqlar da var.

Məlumatda bildirilir ki, Rusiyanın Odessaya atdığı “İskəndər-M” ballistik raketi Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.

“Təəssüf ki, vurulmuş raket Odessa şəhərinin Primorsk rayonunda yaşayış məhəlləsində düşüb. Binada və ətraf ərazidə yanğın olub. Xeyli sayda ölən və yaralanan var”, - deyə məlumatda qeyd olunur.

Odessa Vilayət Adminsitrasiyaslnın rəhbəri Oleq Kiper bildirib ki, ilkin məlumata görə, 8 nəfər həlaki olub, xeyli yaralı var. O, həlak olanlar arasında mülki şəxslərin polislərin və tibb işçilərinin olduğunu da əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью