525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya qüvvələri Odessaya hava zərbələri endirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, üç hücum dalğasında 4 nəfər həlak olub, ən azı 13 nəfər yaralanıb.
Odessa Vilayətinin qubernatoru Oleq Kiper bildirilib ki, hücumlar nəticəsində evlərin, kafelərin və mağazaların pəncərələri sınıb, bir nəqliyyat vasitəsi yanıb. Eləcə də bir çox nəqliyyat vasitəsi zədələnəb.
Odessa Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak isə hücumlarda yaşayış binasına və bir təhsil müəssisəsinə də zərbə endirildiyini açıqlayıb.
İbrahim Cəfərov