​Rusiya Odessanı vurdu Ölənlər və yaralananlar var + VİDEO

18.11.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya qüvvələri Odessanın mərkəzinə zərbələr endirib.

“AzPolitika” xəbər verir ki, zərbənin nəticələrilə bağlı sosial mediada görüntülər yayımlanıb.

Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, zərbə nəticəsində üç nəfər ölüb, yeddi nəfər yaralanıb. Ölənlərin ikisi qadın, biri kişi olub. O əlavə edib ki, hücum nəticəsində şəhər mərkəzindəki yaşayış binalarının, kafelərin və mağazaların pəncərələri sınıb, avtomobillər yanıb.

Odessanın yerli media orqanları Yol Hərəkəti Kollecinin binasına zərbə endirildiyini bildiriblər.

“AzPolitika.info”



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью