Rusiya Odessanı vurdu: Yaralılar var

04.12.2025

Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.

Rusiya ordusunun Odessa şəhərinə pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində şəhərin enerji infrastrukturuna ciddi ziyan dəyib, yeddi nəfər xəsarət alıb.

Sitat.info xəbər verir ki, bu barədə “Unian“ Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperə istinadən məlumat yayıb.

Məlumata görə, energetika obyektində baş verən yanğın qısa müddətdə nəzarətə götürülüb. Yerli xidmətlər ziyan dəymiş infrastrukturu bərpa etmək və sakinlərə yardım göstərmək üçün işlərini davam etdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью