Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Rusiya Ukraynadakı itkilərinə baxmayaraq, ordusunun sayını və silah istehsalı həcmini artırmağa nail olur.
Axar.az xəbər verir ki, bunu Almaniya ordusunun 45-ci Tank Briqadasının komandiri, general Kristof Huber “Bild” nəşrinə müsahibəsində deyib.
"Rusiyanın Ukraynadakı müharibədə verdiyi böyük itkilərə rəğmən, onun hərbi potensialını gücləndirdiyini müşahidə edirik. Şəxsi heyətin sayı artır, istehsal gücləri isə genişlənir. Rusiyanın sənayesi tamamilə silahlanma və hərbi istehsal istiqamətinə yönəldilib", – general bildirib.