Rusiya ordusu 400 qramlıq kəşfiyyat dronlarından istifadə edəcək Xəbər saytı Son xəbərlər və Hadisələr

04.12.2024

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Rusiyalı mütəxəssislər binalara hücum və kəşfiyyat aparmaq üçün nəzərdə tutulmuş "Aqua-4" FPV pilotsuz təyyarəsini yaradıblar.

BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Yeni pilotsuz təyyarə düşmənin ərazisi və hərəkəti haqqında məlumat toplamaq üçün nəzərdə tutulub.

"Aqua-4" müxtəlif sensorlar, o cümlədən yüksək dəqiqlikli kameralar, infraqırmızı cihazlar və radarlar ilə təchiz olunacaq.

Pilotsuz təyyarə "Adele Aero" şirkəti tərəfindən hazırlanıb və Rivir mərkəzində sınaqdan keçirilib. Pilotsuz təyyarənin çəkisi 400 qramdan az, uçuş məsafəsi 25 kilometrə qədərdir. Cihaz yarım saata qədər havada qala bilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью