Rusiya ordusu 940 hərbçisini itirdi

26.09.2025

Missiya.az saytına istinadən Icma.az xəbər verir.

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 940 hərbçisini itirib.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 106 min 430 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 2 tank və 14 artilleriya sistemini məhv edib.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью