Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq. "Sülh yalnız güclə əldə ediləcək - ya diplomatik təzyiq gücü ilə, ya da real hərbi dirən
Moderator.az xəbər verir ki, bu barədə o, "NBC News" nəşrinə müsahibəsində bəyan edib.
Onun sözlərinə görə, Kremlin yeganə üstünlüyü havadan zərbələri artırmaqdır, çünki quru əməliyyatlarında irəliləyə bilmirlər.
Zelenski iddia edir ki, Rusiya cəmi 1fa ərazi üçün 1,3 milyon itki verib və bu, "torpaq üçün həddən artıq baha qiymətdir".
Buna baxmayaraq, Moskva müharibəni dayandırmaq niyyətində deyil və Şimali Koreya, İran və Çin kimi tərəfdaşlardan silah dəstəyi alır.
ABŞ prezidenti Donald Trampın ikinci dəfə hakimiyyətə qayıtması isə Ukraynada vəziyyəti daha da gərginləşdirib.
Rusiyanın hücumları artıb, lakin Zelenski bunu Trampın zəifliyi ilə yox, Moskvanın öz istehsalını artırması ilə əlaqələndirir.
Buna baxmayaraq, Kiyev Trampdan daha sərt mövqe gözləyir: "Putin HƏMAS-dan daha təhlükəlidir. Buna görə də təzyiq daha böyük olmalıdır".