Bakupost saytına istinadən Icma.az xəbər verir.
Rusiya Silahlı Qüvvələri Xerson istiqamətində yerləşən Oleşki yaşayış məntəqəsi yaxınlığında humanitar əməliyyatın keçirilməsi ilə əlaqədar oktyabrın 27-si saat 04:00-dan (Bakı vaxtı ilə saat 05:00-dan) etibarən sükut rejimi elan edir.
"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generali Valeri Gerasimov məlumat verib.
"Xerson vilayətinin Oleşki kəndi ərazisində aparılan humanitar əməliyyatla əlaqədar olaraq, Rusiya Federasiyası Silahlı Qüvvələri Xerson istiqamətində atəşi dayandıracaq və 27 oktyabr 2026-cı il tarixində Moskva vaxtı ilə saat 4:00-dan etibarən atəşkəs rejimi tətbiq edəcək", - deyə o vurğulayıb.