Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya ordusu Donetsk bölgəsindəki Drujkovka şəhərini kasetli sursatlarla atəşə tutub, nəticədə 7 nəfər ölüb, 15 nəfər isə yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə Donetsk vilayətinin rəhbəri Vadim Filaşkin Teleqramq kanalında bildirib.
“Zərbə birbaşa səhər saatlarında insanların kütləvi toplaşdığı bazara endirilib”, - vilayət rəhbəri qeyd edib.
Onun sözlərinə görə, sənaye zonası, üç hündürmərtəbəli bina və üç fərdi ev zədələnib.