Rusiya ordusu çox təhlükəli raket daşıyan qırıcılar alıb VİDEO

12.05.2025

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya ordusu çox təhlükəli R-37M raketlərini daşıya bilən 4+ nəsil qırıcılar alıb

Ölkə.az xəbər verir ki, bu barədə “Rostex” korporasiyasının teleqram kanalı məlumat yayıb.

Aviatikinti korporasiyası Rusiya ordusuna çoxməqsədli Su-35S qırıcılarının daha bir partiyasını təhvil verib. 

“4+ nəsil təyyarələr zavod sınaqlarının tam dövrü keçib, müxtəlif iş rejimlərində sınaqdan keçirilib və öz növbətçi məntəqəsinə uçub”, - məlumatda deyilir. 

Su-35S cari ildə Rusiya ordusuna verilən bu tipli ilk təyyarə deyil. İlk Su-35-lər 2025-ci ilin martında qoşunlara təhvil verilib. 
Hazırda Rusiya Aerokosmik Qüvvələrində yüzdən çox Su-35S qırıcısının olduğu ehtimal olunur.

Mürtəza
Ölkə.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью