Rusiya ordusu daha bir yaşayış məntəqəsini nəzarətə götürdü

23.01.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya ordusu Donetskdə irəliləməyə davam edir.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər verib.

Bildirilir ki, "Mərkəz" qoşun qruplaşmasının bölmələrinin fəal hücum əməliyyatları nəticəsində Donetskin Solyonoye yaşayış məntəqəsini nəzarətə götürüb.

Xatırladaq ki, bundan əvvəl vilayətin Volkovo, Şevçenko, Vozdvijenka kəndləri və Pesçanoye yaşayış məntəqəsi nəzarət altına alınmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью