Rusiya Ordusu Donetskdə daha iki yaşayış məntəqəsini ələ keçirib Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

01.12.2024

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Petrovka və İlyinka yaşayış məntəqələrini ələ keçirib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki Rusiya qoşunları "Donetsk Xalq Respublikası"nın (Ukraynanın Donetsk vilayəti-red) Petrovka və İlyinka yaşayış məntəqələrini nəzarətə götürüb.

Bundan əlavə, məlumatda ötən sutka ərzində Rusiya Silahlı Qüvvələrinin Ukrayna Silahlı Qüvvələrinin hərbi aerodromlarına, PUA istehsalı sexləri anbarlarına zərbə endirdiyi bildirilib.

Rusiyanın hava hücumundan müdafiə sistemlərinin ötən sutka ərzində Ukraynanın 55 PUA-sını vurduğu qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью