Rusiya ordusu Donetskdə iki, Xarkovda isə bir kəndi ələ keçirib

29.05.2025

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Qnatovka və Şevçenko Pervoye, Xarkov vilayətinin isə Stroyevka yaşayış məntəqələrini nəzarətə götürüb.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Biz Xarkov vilayətinin Stroyevka qəsəbəsini, Donetsk vilayətinin isə Qnatovka və Şevçenko Pervoye qəsəbəsini azad etdik”, - deyə vurğulanıb.

Bildirilib ki, yaşayış məntəqələri "Qərb", "Cənub" və "Mərkəz" qoşun qruplarının bölmələrinin fəal hərəkətləri sayəsində nəzarətə götürülüb.

Qeyd edək ki, Rusiya ordusu Donetskdə irəliləməyə davam edir.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью