Rusiya ordusu Donetskin Andreyevka kəndini ələ keçirib

06.03.2025

Icma.az, Missiya.az saytına istinadən bildirir.

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Andreyevka kəndini nəzarətə götürüb.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Fəal və qətiyyətli hərəkətlər nəticəsində “Mərkəz” qoşun qüvvələr qrupunun bölmələri Donetskin Andreyevka qəsəbəsini azad edib”, - deyə bildirilib.

Qeyd edək ki, Rusiya ordusu Donetskdə irəliləməyə davam edir.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью