Rusiya ordusu Donetskin Blaqodatnoye kəndini ələ keçirib

05.12.2024

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya qoşunları Donetsk vilayətinin Baxmut rayonunun Blaqodatnoye kəndini işğal ediblər.

Missiya.Az xəbər verir ki, bu barədə “DeepState” portalı məlumat yayıb.

“Rusiya ordusu Konstantinopolskoye, Suxiki Yala, Starye Ternı, Çasovoy Yar, Novopustinka, Yelizavetovka, Puşkino, Zarya və Şevçenko yaxınlığında da irəliləyib”, - deyə vurğulanıb.

Qeyd edək ki, Rusiya qoşunları Donetskdə irəliləməyə davam edir.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью