Rusiya ordusu Donetskin Makarovka, Suxye Yalı və Zelenovka kəndlərini işğal edib

24.12.2024

Missiya.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Makarovka, Suxye Yalı və Zelenovka yaşayış məntəqələrini işğal ediblər.

Missiya.Az xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.

Bildirilir ki, ötən gün Ukrayna müdafiə qüvvələri Makarovkadan qaçıb.

Qeyd olunub ki, bundan əlavə, Rusiya ordusu Starıy Ternı, Novodarovka, Volkovoye, Novovasılovka, Novoelizavetovka, Novoolenovka, Ukrainka, Zarya, eləcə də Storozhevoye və Kuraxovo yaxınlığında irəliləyiblər.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью