Rusiya ordusu Donetskin Şevçenko kəndini ələ keçirib

16.12.2024

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Şevçenko kəndini nəzarətə götürüb.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə qondarma Donetsk Xalq Respublikasının (DXR) rəhbəri Denis Puşilin məlumat yayıb.

“Rusiya ordusunun bir neçə istiqamətdə və Şevçenko kəndinin ələ keçirilməsindən sonra bölmələrimizin vəziyyəti xeyli yaxşılaşıb”, - deyə o vurğulayıb.

Puşilin qeyd edib ki, bundan əlavə Rusiya qüvvələrinin Krasnoliman istiqamətində də irəliləyib. 

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью