Rusiya ordusu Donetskin Voznesenka kəndini ələ keçirib

14.11.2024

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Silahlı Qüvvələrinin bölmələri Donetsk vilayətinin Voznesenka kəndini nəzarətə götürüb.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Mərkəz qüvvələr qrupunun bölmələri düşmən müdafiəsinin dərinliklərinə doğru irəliləməyə davam edərək Donetsk vilayətinin Voznesenka kəndini azad edib”, - deyə vurğulanıb.

Qeyd edək ki, Rusiya ordusu Donetskdə Ukrayna Silahlı Qüvvələrinin müdafiəsinin dərinliklərinə doğru irəliləməyə davam edir.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью