Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“DeepState” analitiklərinin məlumatına görə, rus ordusu Donetsk və Xarkov vilayətlərində mövqelərini genişləndirib.
Bildirilib ki, ruslar xüsusilə Xarkov vilayətinin Volçansk şəhəri istiqamətində uğur qazanıblar. Xəritə məlumatlarına əsasən, Rusiya qüvvələri şəhərin şərq hissəsində Volça çayı boyunca əraziləri nəzarətə götürüb.
Eyni zamanda Donetsk vilayətində də irəliləyiş qeydə alınıb. Rus qoşunları Dronovka və Pazeno yaşayış məntəqələri yaxınlığında mövqelərini gücləndirib. Qeyd olunur ki, bu ərazilər Slavyansk–Kramatorsk aqlomerasiyasına gedən yol üzərində yerləşir.
Bundan əvvəl mediada Rusiyanın Mirnoqrad şəhərini demək olar ki, tam nəzarətə götürdüyü barədə məlumat yayılmışdı.
“Sky News” isə yazır ki, Rusiya hazırda əsas diqqəti Donetsk vilayətində Slavyansk və Kramatorskın ələ keçirilməsinə yönəldib. Nəşrin qeyd etdiyi kimi, bu istiqamətdə uğur əldə olunacağı təqdirdə, Ukrayna üçün şərq cəbhəsində vəziyyət kritik həddə çata bilər.
"AzPolitika.info"