Rusiya ordusu irəliləyir Bu ərazilər ələ keçirildi

15.12.2024

Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya ordusu Donetsk vilayətində Veseliy Qay və Puşkino qəsəbələrinin ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda Rusiya ordusunun Donbasda da bəzi mühüm məntəqələri ələ keçirdiyi qeyd edilib. Bildirilib ki, cənub hərbi birləşmələrinin qətiyyətli hərəkətləri nəticəsində Donetskin Veseliy Qay qəsəbəsi və Puşkino qəsəbəsi azad edilib.

Bundan əlavə, xəbərdə Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus "Miq-29" döyüş təyyarəsinin, ABŞ istehsalı olan "HIMARS" reaktiv yaylım atəş sistemindən atılan 8 raketin və 116 təyyarə tipli PUA-nın müdafiə xəttində vurulduğu deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью