Rusiya ordusu irəliləyir Daha 2 yaşayış məntəqəsi ələ keçirilib

19.12.2024

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya ordusu Ukraynada irəliləyir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

Qeyd olunub ki, Rusiya ordusu Donetsk vilayətində Zelenovka və Novı Komar yaşayış məntəqələrini də artıq ələ keçirib: "Şərq Hərbi Qrupunun birlikləri Donetsk Xalq Respublikasının Zelenovka və Novıy Komar qəsəbələrini azad edib”.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi dünən Donetsk vilayətində Trudovoye və Stariye Ternı qəsəbələrinin ələ keçirildiyini açıqlamışdı.

F.ƏHMƏD

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью