Rusiya ordusu Kiyev və Ukraynanın digər şəhərlərinə kütləvi raket zərbələri endirir

20.12.2024

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya ordusu Kiyev və Ukraynanın digər şəhərlərinə kütləvi raket zərbələri endirir.

Oxu.Az-ın RT-yə istinadla verdiyi məlumata görə, ölkənin bütün ərazisində hava həyəcanı elan edilib.

İlkin məlumatlara görə, Kiyevə ən azı üç "Kinjal" hipersəs raketi atılıb.

"Telegram" kanalının məlumatına görə, Ukrayna paytaxtı ilə yanaşı, ölkənin bütün ərazisində enerji infrastrukturu obyektlərinə və qərar qəbul etmə mərkəzlərinə zərbələr endirilib. Xüsusilə, Çerkassı vilayətində hədəflərin vurulduğu bildirilir.

Dağıntılar və xəsarət alanlar haqqında məlumat dəqiqləşdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью