Rusiya ordusu Kiyevdəki Şimal və Cənub körpülərini bombalayıb

17.11.2026

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Rusiya ordusu Kiyevdəki "Şimal" və "Cənub" körpülərinə zərbə endirib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən gecə Rusiya qoşunları Ukraynaya kütləvi zərbə endirib.

Hədəflər arasında raket və PUA istehsalı müəssisələri, eləcə də Kiyev, Zaporojye, Çerkas və Dnepropetrovsk vilayətlərindəki nəqliyyat obyektləri olub.

Rusiya MN Ukraynanın enerji obyektləri, limanları və dəniz gəmilərinin də vurulduğunu açıqlayıb.

Qeyd edək ki, Ukrayna ordusu iki gün ard-arda Krım körpüsünə zərbə endirib. İlk zərbə dronla, ikinci zərbə isə “Flamingo” raketi ilə endirilib. Raketlə endirilən zərbə nəticəsində Krım körpüsünün avtomobil yolu dağılıb, tağlardan biri uçub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью