Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya Silahlı Qüvvələri noyabrın 12-nə keçən gecə Ukraynanın hərbi-sənaye və enerji komplekslərinə, həmçinin Kiyev və Kiyev vilayətində yerləşən sursat anbarına zərbələr endirib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hücumlar qurudan buraxılan yüksək dəqiqlikli silahlar və uzaqmənzilli zərbə PUA-ları vasitəsilə həyata keçirilib.
Ukrayna mediasının məlumatına görə, gecə ərzində 15 dəqiqə ərzində Kiyev ətrafına təxminən səkkiz raket düşüb.
NURİYYƏ