Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Hazırda Kupyansk şəhərində nə qədər Rusiya hərbçisinin qaldığını dəqiq demək çətindir.
Bu barədə “Kiyev 24” telekanalının efirində 13-cü briqada Milli Qvardiyasının “Xartiya” batalyon-taktiki qrupunun baş çavuşu məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri şəhərdə cəmləşməyə çalışan düşməni məhv etməyə davam edir və rus hərbçilərinin Kupyanska daxil olmasının qarşısını almaq əsas hədəf olaraq qalır.
“Düşmənin yaxınlaşma yollarını bağlamışıq və tapşırıqları yerinə yetiririk. Hazırda şəhər daxilində düşmən qüvvələri qalır. Onların dəqiq sayını demək çətindir, çünki özlərini aşkar etmirlər. Əsas taktiki məqsədləri şəhər daxilində cəmləşməkdir. Bizim əsas vəzifəmiz buna imkan verməmək, yaxınlaşma yollarını bağlamaq və düşmənin şəhərə, eləcə də ətraf ərazilərə irəliləməsinin qarşısını almaqdır”, – deyə hərbçi bildirib.
Hərbçinin sözlərinə görə, şəhərin daxilində qalan rus hərbçilərinin məhv edilməsi zaman məsələsidir, lakin daha vacib məsələ Kupyanska yeni qüvvələrin daxil olmasına imkan verməməkdir.
O, qeyd edib ki, rus hərbçiləri şəhər ətrafına sızmaq üçün yeraltı qaz kəmərindən istifadə etməyə çalışırlar:“Bunlar əsasən kiçik qruplardır, bəzən tək-tək hərbçilər olur. Qaz kəmərini əsas keçid yolu kimi istifadə etməyə çalışırlar. Biz həmin borunu nəzarətdə saxlayırıq, texniki stansiyaları tanıyırıq və bütün taktiki xüsusiyyətlərdən xəbərdarıq. Elə tədbirlər görürük ki, heç bir düşmən şəhərə çata bilməsin”.
"AzPolitika.info"