Ayna saytından alınan məlumata görə, Icma.az bildirir. Ukrayna ordusundan "açıq-aşkar, əhəmiyyətli və nəzərə çarpan bir qələbə" Rusiya koman
Ötən ilin noyabr ayından bəri Vladimir Putinə onun ələ keçirilməsi barədə bir neçə dəfə məlumat verilib.
Əslində isə yüzə yaxın rus əsgəri hələ də şəhərin əsas hissəsində gizlənir.
“The Washington Post” müxbirlərinin cəbhə xəttindən verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələri rus əshərlərinin xeyli hissəsini şəhərdən qovub.
Lakin bu, rus komandirlərinin Oskol çayı üzərindən keçən köhnə qaz kəməri vasitəsilə hər gün yeni əsgər göndərməsinə mane olmur.
Hərbi əsirlər ötən yay Ukrayna əsgərlərinə boru kəməri barədə danışıblar.
O vaxt Ukrayna Silahlı Qüvvələri Kupyanskı itirmək üzrə idi və onu müdafiə edən bölmələr komandanlıqlarına təcili olaraq yaxşı təlim keçmiş qoşunlar göndərmələrini xahiş ediblər.
Bu, edilib və sentyabrın sonlarında Ukrayna bölmələri tammiqyaslı əks-hücuma başlayib.