Rusiya ordusu Kursk vilayətində daha bir məntəqədə nəzarəti bərpa etdi

12.12.2024

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya ordusu Kursk vilayətində daha bir yaşayış məntəqəsinə nəzarəti bərpa edib.

Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.

"Şimal" qoşun qruplaşmasının bölmələri hücum əməliyyatları nəticəsində Novoivanovka yaşayış məntəqəsini azad ediblər", - deyə hərbi qurumdan bildirilib.

Qeyd edək ki, Rusiya ordusu bir gün əvvəl Darino və Plexovo kəndlərində, dekabrın 9-da isə Novaya Soroçina kəndində və Pokrovski qəsəbəsində nəzarəti bərpa etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью