Rusiya ordusu mindən çox əsgəri zərərsizləşdirdi

26.02.2025

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın milli maraqlarına təhdidlərin aradan qaldırılması məqsədilə Ukrayna və Donbassda keçirilən xüsusi hərbi əməliyyat çərçivəsində mindən çox ukraynalı yaraqlı zərərsizləşdirilib.

Metbuat.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi belə açıqlama verib. Açıqlamada deyilir ki, son əməliyyatlar zamanı Ukrayna ordusuna zərər verilib. Rus ordusu düşmən müdafiəsinə doğru irəliləməyə davam edib və taktiki mövqeyini yaxşılaşdırıb. Məlumata görə, Ukraynada döyüş təyyarələri, pilotsuz uçuş aparatları və raketlərlə həyata keçirilən hücum nəticəsində Ukrayna hava bazalarının infrastrukturu, PUA anbarları və Ukrayna əsgərlərinin və hərbi texnikasının cəmləşdiyi yerlər məhv edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью