Rusiya ordusu Odessada gimnaziyaya zərbə endirdi VİDEO

24.09.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya ordusu Odessaya gecə saatlarında zərbə endirib. Nəticədə poliklinika, gimnaziya, yaşayış binaları, ticarət mərkəzi, anbarlar və digər mülki obyektlərə ziyan dəyib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "US" nəşrinin jurnalisti yayıb.
Onun sözlərinə görə, poliklinikanın binasına ziyan dəysə də, yanğın baş verməyib:
“İşçilər vaxtında sığınacağa keçdikləri üçün xəsarət alan olmayıb”.
Zərbə dalğası gimnaziyanın pəncərələrini sındırıb. Hamı sığınacaqda olduğu üçün heç kim xəsarət almayıb.
Gimnaziyanın direktoru İrina Zaqorulka bildirib ki, tədris müəssisəsi qarşıdakı həftə ərzində dərsləri yalnız onlayn formatda keçirəcək.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью