Rusiya ordusu son sutkada daha 1000 hərbçisini itirib

12.11.2025

Icma.az bildirir, Missiya.az portalına istinadən.

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1000 hərbçisini itirib.

Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 154 min 180 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 13 artilleriya sistemi və 3 zirehli döyüş maşınını məhv edib.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью