Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 800 hərbçisini itirib.
Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 137 min 690 nəfərə çatıb.
Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 2 tank və 34 artilleriya sistemi və 3 zirehli döyüş maşınını məhv edib.
Daşqın Həsənov
Missiya.Az