Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 890 hərbçisini itirib.
Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 131 min 70 nəfərə çatıb.
Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 2 tank və 45 artilleriya sistemini məhv edib.
Daşqın Həsənov
Missiya.Az