Rusiya ordusu son sutkada daha 900 hərbçisini itirib

05.11.2025

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 900 hərbçisini itirib.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 146 min 570 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 3 tank, 24 artilleriya sistemi və 3 zirehli döyüş maşınını məhv edib.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью