Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 920 hərbçisini itirib.
Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 111 min 480 nəfərə çatıb.
Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 1 tank, 13 artilleriya sistemini və 3 zirehli döyüş maşınını məhv edib.
Daşqın Həsənov
Missiya.Az