Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1090 hərbçisini itirib.
Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 116 min 340 nəfərə çatıb.
Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 5 tank, 18 artilleriya sistemini və 14 zirehli döyüş maşınını məhv edib.
Daşqın Həsənov
Missiya.Az