Icma.az bildirir, Apa.az portalına istinadən. Bu gün Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının bir təlim bölməsinin yerlə
APA xəbər verir ki, bu barədə məlumatı Quru Qoşunlarının Komandanlığı Telegram kanalında yayıb.
"Təəssüf ki, ölən və yaralanan hərbçilər var", – deyə rəsmi məlumatda bildirilib.
12 ölü, 60-dan çox yaralı var Yenilənmiş məlumatlara əsasən, hadisə zamanı 12 nəfərin öldüyü, 60-dan çox şəxsin yaralandığı məlum olub.
Qeyd olunur ki, zərbə zamanı heç bir şəxsi heyət yığıncağı və ya kütləvi toplaşma keçirilməyib.
Hava hücumu siqnalı verildikdən sonra əksər şəxsi heyət sığınacaqlarda yerləşdirilmişdi.
Hadisə araşdırılır Hadisənin bütün səbəb və şərtlərini araşdırmaq üçün Quru Qoşunları Komandanlığında komissiya yaradılıb və xidməti araşdırma təyin edilib.
"Sxid" Operativ Komandanlığı və şəxsi heyəti hüquq-mühafizə orqanlarının işinə kömək edəcək.