Rusiya Ordusu Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb

22.12.2024

Icma.az, Manset portalına istinadən məlumat yayır.

Rusiyanın "Cənub" qoşun qruplaşmasının bölmələri Ukraynanın Donetsk vilayətinin Ostrovskoye (Ukrayna dilində adı - Konstantinopolskoye) kəndini nəzarətə götürüb.

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, Rusiya hərbçiləri, həmçinin, Donetskin Zaliznyanskoye, Orexovo-Vasilevka, Çasov Yar, Kuraxovo, Seversk və Luqansk vilayətinin Beloqorovka yaşayış məntəqələri ərazisində Ukrayna Silahlı Qüvvələrinin briqadalarına və müdafiə qüvvələrinə zərbələr endirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью