Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

27.11.2024

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Novaya İlyinka yaşayış məntəqəsini ələ keçirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda, Ukrayna Silahlı Qüvvələrinin Zaporojye Atom Elektrik Stansiyasının ərazisinə altı PUA hücumu həyata keçirdiyi və iki artilleriya zərbəsi endirdiyi bildirilib.

Rusiya MN Ukrayna tərəfinin son sutka ərzində itkilərini də açıqlayıb. Qeyd olunub ki, Ukrayna silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində 850-dən çox hərbçisini itirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью