Rusiya ordusu Ukraynada irəliləyir

18.06.2025

Icma.az, Metbuat saytına istinadən bildirir.

Rusiya ordusu Ukraynanın Sumı və Xarkov vilayətlərində daha iki yaşayış məntəqəsini nəzarətə götürüb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Rusiya ordusunun “Sever” (Şimal) Hərbi Qrupunun bölmələri düşmənin müdafiəsinə doğru irəliləyərək Sumı vilayətinin Novonikolayevka kəndini Ukrayna birləşmələrindən təmizləyib. “Zapad” (Qərb) Hərbi Qrupunun bölmələri isə Xarkov vilayətinin Dolqenkoye qəsəbəsini nəzarətə götürüb.

Bildirilir ki, Ukraynada 147 nöqtəyə döyüş təyyarələri, pilotsuz uçuş aparatları və raketlərlə həyata keçirilən hücum nəticəsində PUA zavod və anbarları, sursat anbarları və Ukrayna əsgərlərinin və xarici muzdluların cəmləşdiyi yerlər məhv edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью